Tramp Çini təhdid etdi

"Çin Şimali Koreya məsələsində ya bizə kömək edəcək, ya da etməyəcək. Əgər yardım etsələr bu Çinin xeyrinə olacaq. Etməsə bu heç kimin xeyrinə deyil". "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

CCN-nin verdiyi xəbərdə deyilir ki, rəsmi Vaşinqton, Şimali Koreyanın nüvə silahı ilə bağlı təhdidindən narahatlığını tez-tez dilə gətirir.

Keçən ay ABŞ-ın Xarici işlər naziri Reks Tillerson Çin ziyarətində, Pekin rəhbərliyinə Ş.Koreyadan gələ biləcək təhdidin qarşısını almasını istəmişdi.

Qeyd edək ki, Tramp bu həftə Çinin prezidenti Şi Çinpinqi qəbul edəcək.

Mətbuata açıqlamasında Çinin Şimali Koreya məsələsini həll etməsi ilə bağlı danışan Tramp, bildirib ki, özümüz də həll edə bilərik. Ona buna inanın-inanmadığını soruşan jurnalistlərə isə, "tamamilə" cavabını verib.

ABŞ-ın BMT-dəki təmsilçisi Hikki Haley də mətbuata açıqlamasında bu məsələni Çinin həll edəcəyini bildirib: "Biz bilirik ki, bu problemi həll edə biləcək ölkə Çindir".

DİGƏR XƏBƏRLƏR

Top