ABŞ, Yaponiya və Cənubi Koreya birgə hərbi təlimə başlayıb

ABŞ, Yaponiya və Cənubi Koreya birgə təlimə başlayıb. “Yeniavaz.com” Türkiyə mediasına istinadən bildirir ki, Cənubi Koreya Müdafiə Nazirliyi Jeju adası yaxınlığında Cənubi Koreya ilə Yaponiya arasındakı sularda başlayan birgə təlimin 3 gün davam edəcəyini açıqlayıb. Təlimə çox sayda hərbi gəmi, hərbi vertolyot, raketdən müdafiə sistemi cəlb edilib. Cənubi Koreya və ABŞ martda da ortaq təlimə başlamışdı. “Qartal Balası” adlı təlim aprelin sonuna qədər davam edəcək. Şimali Koreya açıqlayıb ki, təlim başlayandan sonra Cənubi Koreya və ABŞ düşməncə rəftarları davam etdirsə nüvə fəaliyyətini inkişaf etdirməyi davam etdirəcək.

DİGƏR XƏBƏRLƏR

Top