Türkiyənin hərbi gəmiləri Rusiya və Ukraynadadır

Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi gəmi dəstələri Rusiyanın Novorossiysk limanına qeyri-rəsmi səfər ediblər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Qara dəniz donanmasının nümayəndəsi Vyaçeslav Truxaçov deyib. Onun sözlərinə görə, admiral Veysəl Köselin komandalığı altında “Barbaros” freqatı və “Böyükada” korveti Rusiyaya gəlib: “Gəmilər Türkiyə HDQ-nin illik hərbi-dəniz təlimlərində iştirakdan sonra Rusiya limanında daxil olublar. Türk gəmiləri şəhərin sakinləri və qonaqları üçün açıq olacaq”. Eyni vaxyda Türkiyə HDQ-nin iki gəmisi Ukraynanın Odessa limanına dost səfəri edib. Türkiyənin TCG GAZİANTEP freqatı və TCG HEYBALIDA koveti Odessa limanına yan alıblar. Burada da şəhər sakinləri və qonaqları Türkiyə gəmilərinə ekskursiya edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top