Əfqanıstanda 27 İŞİD silahlısı məhv edilib

Əfqanıstanın şərqindəki Nanqarhar şəhərində İŞİD-ə qarşı aparılan əməliyyat zamanı 27 İŞİD silahlısı məhv edilib. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Nanqarhar vilayətinin Polis İdarəsindən məlumat verilib. Məlumata görə Açin mahalına daxil olan Daşdil, Abdulhil və Tanq bölgələrinə havadan və qurudan əməliyyat təşkil olunub. Əməliyyat zamanı təşkilata məxsus çox sayda silah-sursat anbarı məhv edilib. Əməliyyat hələ də davam etdirilir. Xatırladaq ki, Əfqanıstan təhlükəsizlik qüvvələri ötən ildən bəri Nanqarharın fərqli rayonlarında İŞİD-ə qarşı əməliyyatlar təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top