Rusiya Qarabağ münaqişəsinin həllində fəal rol oynayır

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində bütün imkanlardan istifadə edir və bu prosesin ən fəal iştirakçılarından biridir. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, bunu "Novoe vremya" nəşrinə açıqlamasında Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib: "ABŞ və Fransa ilə birgə ATƏT Minsk Qrupuna həmsədr ölkə kimi münaqişənin həlində fəal iştirak edirik. Bununla əlaqədar hələ ötən il Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiyanın iştirakı ilə üçtərəfli sammit keçirildi. Münaqişənin həlli Putinin prezidentlər İlham Əliyev və Serj Sarkisyanla görüşlərində də müzakirə edilib. Eyni zamanda bu problem xarici işlər nazirlərinin çoxsaylı görüşlərində də diqqət mərkəzində olub. Bir çox məsələlərin həllində tərəflər arasında razılıq əldə edilib. Ancaq həllini gözləyən bəzi mürəkkəb məsələlər var ki, onlar barədə razılığa gəlinməsi tərəflərin qarşılıqlı güzəştlərə getməsindən asılıdır".

DİGƏR XƏBƏRLƏR

Top