Türkiyədə inflyasiya 9 illik maksimuma çatıb

Türkiyədə istehlak qiymətləri mart ayında illik müqayisədə 11,29% artaraq 2008-ci ilin oktyabr ayından etibarən maksimal həddə çatıb. "Bloomberg" agentliyinin xəbərinə görə, bu barədə Türkiyə Statistika İdarəsinin aylıq hesabatında bildirilir. Hesabata əsasən, ölkədə daxili istehsal qiymətləri isə mart ayında 16,09% artıb. Baza inflyasiya mart ayında illik müqayisədə 9,46% təşkil edib. Mart ayında inflyasiya ən çox 27,53%-lə mandarində, ən çox ucuzlaşma isə 27,9%-lə yaşıl soğanda baş verib.

Qeyd edək ki, inflyasiya göstəricilərini təhlil edən Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib ki, may ayından etibarən inflyasiya tək rəqəmli, məzənnə dəyişikliyinin isə inflyasiyaya daha bir müddət təsiri olacaq.Report

DİGƏR XƏBƏRLƏR

Top