Sarkisyanın partiyası seçkilərdə qalib gəlib

Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri məlum olub. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyası 2005 seçki məntəqəsində səsləri hesablayıb. Nəticədə 4 partiyanın parlamentdə təmsil olunmaq üçün seçkilərdə nəzərdə tutulan qədər səs yığdığı məlum olub. Seçkilərin ilkin nəticələrinə görə, iqtidarda olan Respublika Partiyası səslərin 49,5, faizini toplayaraq qalib gəlib. Sarukyanın bloku səslərin 27,37, "Yelk" bloku səslərin 7,78, Daşnaksutyun Partiyası isə 6,58 faizini qazanaraq parlamentdə təmsil olunmaq hüququ qazanıblar. "Oqanyan-Raffi-Oskanyan", eks prezident Petrosyanın "Konqres" bloku, Kommunst Partiyası və Azad Demokratlar Partiyasi isə kifayət qədər səs toplaya bilməyərək parlamentdə təmsil oluna bilməyəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top