Türkiyədə yastıq altında 2200 ton qızıl iqtisadiyyata cəlb ediləcək

Türkiyədə yastıq altında saxlanılan qızılın miqdarı 2 200 ton və dəyəri isə təqribən 100 milyard dollardır. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Mehmet Şimşək deyib. Onun sözlərinə görə, hökumət bu qızılları ölkə iqtisadiyyatına qazandırmaq məqsədilə “qızıl təhvili” və “qızıl əsasında kirayə sertfikatı” olmaqla iki sərmayə alətini tətbiq edəcək. Nazir müavini qeyd edib ki, Türkiyədə xeyli miqdarda qızıl yastıq altında saxlanılır: “Bunun müxtəlif psixoloji səbəbləri olmaqla yanaşı, sərmayə vasitələrinin məhdud olması da həmin qızılların iqtisadiyyata cəlb edilməsində əngəl törədirdi: “Xəzinədarlıq Katibliyi vətəndaşlarımıza iki yeni sərmayə aləti təqdim edəcək. Belə ki, qızıllarını təhvil verənlərə ara dövrdə müəyyən miqdarda türk lirəsi ilə gəlir ödəniləcək və həmin gəlir qızıl qiymətlərinə uyğunlaşdırılacaq. Bununla da vətəndaşlar həm qızıl qiymətlərinin dəyişməsindən yararlanacaq, həm də Xəzinadarlığın təqdim etdiyi gəlir alacaqlar”. M. Şimşək faizə qarşı həssas olanlar üçün isə “qızıl əsasında kirayə sertifikatı” alətinin tətbiq ediləcəyini vurğulayıb: “Vətəndaşın yastıq altındakı 22 və 24 əyarlı qızılları, məsələn, 22 əyarlı bilərzikləri, qram qızılları bir həftə ərzində toplanaraq banka gətiriləcək. Burada Xəzinədarlığın müəyyənləşdirdiyi kriteriyalar çərçivəsində vətəndaşların qızılları alınacaq və bankda ilkin mərhələdə vətəndaşın adına müddətsiz hesab açılacaq. Toplanan qızıllar külçə qızılana çevriləcək və bu prosesin yekununda bankda açılacaq sərmayə hesablarına vətəndaşın arzusu ilə qızıl təhvili və ya qızıla əsaslanan kirayə sertifikatı köçürüləcək. Vətəndaşın nağd pula ehtiyacı olarsa, müddətin başa çatmasını gözləmədən vasitəçi banka həmin sənədlərin istədiyi miqdarını sataraq nağd pul əldə edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top