ABŞ tankları Moskvaya heç bu qədər yaxın olmamışdı – 700 kilometr

RT-nin müxbiri Murad Qazdiyev bildirib ki, Amerika tankları tarixdə ilk dəfə olaraq Moskvadan 700 kilometr aralıda (Baltikyanı ölkələrdə) yerləşdirilib. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bu barədə M. Qazdiyev “Twitter” səhifəsində yazıb. O, sosial şəbəkədə yazıb: “ABŞ tankları Moskvaya tarixdə heç olmamış qədər yaxındır. Təqribən 700 kilometr”. Xatırladaq ki, 2017-ci il yanvarın sonunda bildirilmişdi ki, ABŞ-ın “Abrams” tankları birgə Polşa-ABŞ təlimləri başa çatdıqdan sonra Polşadan Latviya, Litva və Estoniyaya göndəriləcək.

DİGƏR XƏBƏRLƏR

Top