Ermənistanda parlament seçkilərində “barmaq” qalmaqalı

Ermənistan parlamentinə keçirilən seçkilərdə ölkənin keçmiş prezidenti Levon Ter-Petroyan da səsvermə zamanı texniki problemlə üzləşib. “Yeniavaz.com”un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Erməni Milli Konqresi –Ermənistan Xalq Partiyası blokunun seçki siyahısına başçılıq edən L. T. Petrosyan seçki məntəqəsində səs verərkən texniki vasitə onun barmaq izini tanımayıb. Keşmiş prezident bunun səbəbini özünün kənd təsərrüfatı işləri məşğul olması ilə əlaqələndirib. Vətəndaşlıq borcunu yerinə yetirmək naminə səs verdiyini deyən eks prezident səsvermə zamanı istifadə edilən texniki vasitələrin səmərəliliyi məsələsinə toxunaraq bildirib: “Bilmirəm, seçkilərdən sonra məlum olacaq”.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarqsyan da parlament seçkilərində səs verərkən oxşar hadisə ilə üzləşib. Belə ki, hesablayıcı qurğu S. Sarqsyanın barmaq izini təsbit etməkdə çətinlik çəkib və nəticədə prezident barmağını bir neçə dəfə skanerə qoymaq məcburiyyətində qalıb.

Qeyd edək ki, aprelin 2-də Ermənistanda Milli Yığıncağa (parlament) seçkilər keçirilir. 2015-ci ilin dekabrında refrendumda qəbul edilmiş konstitusiya islahatlarına əsasən, VI çağırış Ermənistan parlamentinə 131 parlamentari əvəzinə 105 deputat (onlardan 4-ü milli azlıqlar üçün xüsusi kvota ilə) seçiləcək. 2 aprel 2017-ci il parlament seçkiləri yaxın 5 il ərzində yeganə ümumdövlət seçkiləri olacaq, çünki həmin konstitusiya islahatarına əsasən, Ermənistan parlament respublikasına çevriləcək. Parlament seçkilərində 5 siyasi partiya və 4 blok iştirak edir. Partiyalar parlamentə daxil olmaq üçün 5 faizlik, bloklar isə 7 faizlik baryeri keçməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Top