
Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) Ağrı millət vəkili Dirayət Taşdemir Muş vilayətində saxlanılıb. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, D. Taşdemir barəsində qaldırılan iddia əsasında saxlanılıb və onun ifadə verməsi üçün hakim qarşısına çıxacağı gözlənilir. Qeyd edək ki, HDP-li deputat martın 20-də saxlanılmışdı və Ağrıda məhkəmədə ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı. D. Taşdemir Qarsın Kağızman rayonunda təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatda məhv edilən PKK-lı terrorçunun dəfn mərasimində iştirak etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz