Yerli vaxtla səhər saat 8-də Ermənistanda parlament seçkilərində səsvermə başlayıb. “RİA Novosti” xəbər verir ki, səsvermə proseduru saat 20-yə qədər davam edəcək. Ölkə ərazisində 2009 seçki məntəqəsi fəaliyyət göstərir. Parlamentdəki yerlər uğrunda beş partiyanın və dörd seçki blokunun nümayəndələri mübarizə aparır. Ermənistan Mərkəzi Seçki Komissiyası səsvermənin ilkin nəticələrini bazar ertəsi, aprelin 3-ü saat 20-yə qədər açıqlamalıdır.Virtualaz.org