“Kastro öldü, Mayami isə yaşayır” amerikalı kubalılar sevinirlər Video

Kuba inqilabının lideri Fildel Kastronun vəfat etməsi xəbərini ABŞ-ın Florida ştatında şadyanalıqla qarşılayıblar. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Florida ştatında rəsmi məlumata görə,1,2 milyondan çox kubalı yaşayır. Ölüm xəbərindən dərhal sonar Mayami küçələrini avtomobillərin siqnal səsləri bürüyüb və insanlar Kuba bayraqları ilə küçələrə çıxıblar. Şəhərin yollarında tıxac yaranıb, insanlar fit çalaraq, “Kastro öldü, Mayami isə yaşayır” şüarları səsləndirərək bir-birini salamlayıblar. Qeyd edək ki, bu gün F. Kastro 90 yaşında dünyasını dəyişib. Kubadan Floridaya ilk irimiyaslı mühacirət F. Kastronun hakimiyyətə gəlməsindən – 1960-cı illərin əvvəllərində başlayıb. Növbəti mərhələ isə 1980-ci illərdə olub.

Kastro

DİGƏR XƏBƏRLƏR

Top