Kamal Kılıçdaroğlunun oğlu nişanlanır

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu oğluna və gələcək gəlininə nişan üzüyü taxacaq. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, CHP sədri oğlu Kərəm Kılıçdaroğlu üçün qız istəyəcək. K. Kılıçdaroğlu bu həftə sonu xeyirli işlərinin olacağını və oğlunu nişanlayacaqlarını bildirib. CHP liderinin oğlu bir müddət əvvəl Ortadoğu Teknik Universitetində dərs deməyə başlayıb. O, əsgərliyə getmədən nişanlanacaq. 2014-cü ildə tətbiq edilən ödəniş əsasında hərbi xidmətə getməmək qaydasından yararlanmaq hüququ olsa da, gələcək bəy əsgərliyə gedərək qayıtdıqdan sonra toy edəcək.

DİGƏR XƏBƏRLƏR

Top