Xarici səfərlərdə təyyarəni özü idarə edən baş nazir

Finlandiyanın baş naziri Yuha Sipilya rəsmi səfərlər zamanı mindiyi təyyarəni özü idarə edir. “Yeniavaz.com”un “YeniŞafak” qəzetinə istinadən verdiyi məlumata görə, 55 yaşlı baş nazir rəsmi səfərlərdə təyyarənin pilotu olur. Y. Sipilyanın aviasiya üzrə mütəxəssis olduğu bildirilir. Baş nazir rəsmi səfər üçün icarəyə götürülən təyyarələrin icarə haqqını da öz cibindən ödəyir. O, baş nazir olduğu gündən bəri etdiyi 19 rəsmi səfərin hamısında icarəyə götürülmüş təyyarələri özü idarə edib. Y. Sipilya sonuncu dəfə Avropa İttifaqının 60-cı ildönümü ilə əlaqədar İtaliyanın paytaxtı Romada keçirilən sammitdə iştirak etmək üçün kirayəyə götürülən təyyarənin pilotu olub.

DİGƏR XƏBƏRLƏR

Top