Bağdadinin “sağ əli” öldürüldü

İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin “sağ əli” İraqın qərbində hava zərbələri nəticəsində məhv edilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İraqın dövlət televiziyası IMN kəşfiyyatın bəyanatına istinadla xəbər verir. Telekanalın məlumatına əsasən, söhbət İŞİD-in “müharibə naziri” İyad Həmid əl-Cumeylidən gedir. Onun Əl-Qaim şəhərində məhv edildiyi qeyd edilir. Hava zərbələri nəticəsində İŞİD-in yerli əhəmiyyətli iki başçısı da öldürülüb, onlardan biri Türkiyə vətəndaşıdır.

DİGƏR XƏBƏRLƏR

Top