Siyasi partiyaların qadağan edildiyi Küveytdə erkən parlament seçkiləri başlayıb

Küveytdə erkən parlament seçkiləri başlayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, erkən seçkilər parlamentin buraxılması haqqında qərardan sonar təyin edilib. Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah təhlükəsizlik sahəsində yeni çağırışlar səbəbilə parlamenti buraxmışdı. Yeni parlamentdə 50 deputat yeri uğrunda 14 qadın daxilolmaqla 293 namizəd mübarizə aparacaq. Qanuna əsasən, bütün deputatlar birmandatlı dairələr üzrə seçilir, ölkədə siyasi partiyalar qadağan edilib.

DİGƏR XƏBƏRLƏR

Top