İŞİD terrorçuları təyyarələrı partlatmaq üçün yeni bomba hazırlayıb

Amerikalı kəşfiyyatçılar hesab edirlər ki, İŞİD terror qruplaşmasının silahlıları innovativ partlayıcı hazırlayıblar. “Yeniavaz.com”un “Vesti.ru” saytına istinadən verdiyi məlumata görə, söhbət noutbik kimi eleketron qurğularda yerləşdirilə biləcək partlayıcı maddədən gedir. Qeyd edilir ki, aeroportda skan etmək üçün istifadə edilən qurğular belə bombaları təsbit edə bilmir. Terrorçular aeroportlarda istifadə edilən avadanlıq ələ keçirərək belə partlayıcının gizlədilməsinin mümkünlüyünü sınaqdan keçiriblər. Güman edilir ki, terrorçular bombanı akkumlyatorun yerinə qoyurlar.

Xatırladaq ki, martın 21-də ABŞ hakimiyyəti Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və BƏƏ-dən ölkəyə hərəkət edən aviasərnişinlərə əl yükündə elektronikanı daşımağa qadağa qoyub. Məhdudiyyətlər 9 aviaşirkətin müştərilərinə şamil edilib. Qadağa həcminə görə mobil telefondan böyük olan cihazları əhatə edir. Bunun ardından Böyük Britaniya da analoji qadağa tətbiq edib. Britaniyanın qadağa siyahısında Türkiyə, Livan, İordaniya, Misir, Tunis və Səudiyyə Ərəbistanı var. Məhdudiyyətlər Britaniyanın 6 daşıyıcısını və 8 xarici aviaşirkəti əhatə edib. Türkiyə tərəfi isə qadağaların iqtisadi xarakter daşıdığını bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top