"Bakıya anasının qəbrini ziyarətə gələn erməninin qarşısında 3 ofisiant durub"

"Ermənistan işğal etdiyi Şuşa şəhərində məscidi dağıdıb, Bakıda isə erməni qriqorian kilsəsi dövlət tərəfəndən qorunur". "Yeniavaz.com" xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, Ermənistan həm Ermənistandakı, həm də işğal etdiyi ərazilərimizdəki Azərbaycan qəbirstanlıqlarını dağıdıb, qəbirüstü mərmərləri söküb aparıb, Azərbaycanın isə bölgələrindəki qəbirstanlıqlarındakı erməni qəbirləri salamat qorunub saxlanılır: "Ermənistanda bir nəfər də azərbaycanlı yaşamır, Azərbaycanda isə 30 min nəfər erməni əsilli insan yaşayır".

"Diləm Əsgərov və Şahbaz Quliyev adlı azərbaycanlılar öz ölkələrində valideynlərinin qəbirlərini ziyarət etmək üçün ölkənin bir tərəfindən o biri tərəfinə getdiklərinə görə Ermənistan işğalçı qüvvələri onları tutub həbsdə ağır vəziyyətdə saxlayırlar, Bakıda anadan olub, Rusiyada yaşayan erməni əsilli Yuri Sarkisov isə sakitcə Bakıya gəlib anasının qəbrini ziyarət edir, yemək zamanı isə özü dediyinə görə qarşısında üç ofisiant durur. Avropa, kimdir sivil, kimdir mədəni?",-sualı ilə deputat Azərbaycanı ittiham edənlərə müraciət edib.

DİGƏR XƏBƏRLƏR

Top