Tramp məhkəmə qərarı ilə 25 milyon dollar ödəyəcək

ABŞ prezidenti Donald Tramp 7 ildir məhkəməlik olduğu və 2010-cu ildə bağlanan Tramp Universitetinə görə 25 milyon dollar ödəyəcək. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, tələbələrin 7 il əvvəl universitetə qarşı irəli sürdüyü iddiaları 25 milyon dollarlıq anlaşma ilə yekunlaşıb. D. Tramp prezident seçiləndən dərhal sonra 25 milyon dolların ödənilməsini nəzərdə tutan anlaşma hakim tərəfindən təsdiqlənib. San-Dieqodakı ABŞ bölgə hakimi Qosalo Kuryelin təsdiqlədiyi anlaşmaya əsasən, universitet 25 milyon dollar kompensasiya ödəməyə razı olub, universitetin keçmiş 4 min tələbəsi pullarının 90 faizini geri ala biləcək.

DİGƏR XƏBƏRLƏR

Top