Mosulun azad ediləcəyi tarix açıqlandı

Mosul 2017-ci ilin yazının sonunadək İŞİD terror qruplaşmasının silahlılarından azad ediləcək. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu İraq federal polisinin komandirlərindən biri briqada generalı Şakir əl-Havaci deyib. Onun sözlərinə görə, Mosulun azad edilməsi daha bir neçə həftə vaxt aparacaq: “Cari ilin yazında bu xəbərləri eşidəcəksiniz”. Komandir qeyd edib ki, terrorçuların nəzarətində olan ərazidə hazırda 1000-1500 silahlı var: “İŞİD hazırda Mosulun qərb hissəsinin 25-30 faizinə nəzarət edir. Yeni rayonları azad etməyə davam edirik”.

Xatırladaq ki, Mosulun şərq hissəsi 2016-cı ilin oktyabrında başlamış əməliyyat zamanı tam azad edilib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının rəhbəri general Cozef Votel Konqresdə dinləmələrdə deyib ki, İraq qüvvələri Mosulun qərbində İŞİD terror qruplaşmasının silahlılarına qarşı aparılan 5 həftə ərzində döyüşlərdə təqribən 300 nəfər itirib.

DİGƏR XƏBƏRLƏR

Top