Gürcüstan XİN Rusiyadan təxribata son qoymağı tələb edib

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanı ölkəyə qarşı həyata keçirdiy təxribat xarakterli hərəkətlərə son qoymağa və 2008-ci il avqust ayının 12-də imzalanan atəşkəsin dayandırılması barədə anlaşmanın şərtlərinə əməl etməyə çağırıb. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir. Bəyanatda deyilir: "Gürcüstan bu ilin mart ayının 31-də işğal altında olan Cənubi Osetiya separatçılarının silahli dəstələrinin Rusiya ordusunun tərkibinə daxil olması barədə qondarma qurum rəhbərliyi ilə Moskva arasında imzalanan anlaşmanı pisləyir və bunu ərazilərin qeyri-qanuni, zor işlətməklə ilhaqı kimi dəyərləndirir. Belə bir addım atmaqla Rusiya növbəti dəfə Abxaziya və Cənubi Osetiyanın anneksiyası siyasətini davam etdirdiyini, beynəlxalq hüquq normaları ilə hesablaşmaq istəmədiyini nümayiş etdirir. Rusiya bu yolla Gürcüstanın ərazi bütövlüyünə qəsd edərək Avropadakı təhlükəsizlik sisteminin gələcəyini şübhə altında qoyur. Belə bir vəziyyət isə nəinki Gürcüstan, həm də gələcəkdə Rusiyanın özü üçün də təhlükəli insidentlərə gətirib çıxara, beynəlxalq aləmdə hərbi zorakılığın körüklənməsinə yol aça bilər. Biz Rusiyadan dərhal Gürcüstanın ərazi bütölüyünə qarşı təxribatlara son qoymağı qəti şəkildə tələb edir və buna görə əmələ gələcək vəziyyətə görə onların məsuliyyət daşıyacağını bəyan edirik. Biz beynəlxalq aləmə bir daha müraciət edərək onları Rusiyanın Gürcüstan ərazilərini açıq şəkildə ilhaqı faktına qarşı çıxmağa, təcavüzkarı beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırmağa çağırırıq".

DİGƏR XƏBƏRLƏR

Top