Ermənistan Rusiyadan gələcək turistlərin hesabına iqtisadi inkişafa ümid edir

Ermənistan daxili pasportlardan istifadə hesabına bu il ölkəyə gələcək rusiyalı turistlərin sayında 30-50 faiz artım olacağına ümid edir. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Ermənistan İqtisadi inkişaf və investisiyalar nazirliyinin Turizm üzrə dövlət komitəsinin sədri Zarmine Zeytunsyan deyib: "Siz bilirsiniz ki, Rusiya vətəndaşlarının 70 faizinin xarici pasportu yoxdur. Ona görə də biz onlara daxili pasportla Ermənistana gəlməyə icazə verməklə respublikaya gələcək turistlərinin sayında 30-50 faiz artım olacağına ümid edirik. Turistlərin sayının artması həm də iqtisadi inkişafımıza öz töhfəsini verəcək".

O xatırladıb ki, 2016-cı ildə Ermənistana Rusiyadan 450 min nəfər turist gəlib: "2014-cü ildə Rusiyadan Ermənistana rekord miqdarda, 470 min nəfər turist gəlmişdi. Amma 2015-ci ildə ölkəmizə gələn rusiyalı turistlərin sayında azalma baş verdi. Amma ötən il yenidən artım özünü göstərməyə başladı. Biz 2017-ci ildə də Ermənistana gələn rusiyalı turistlərin sayında artım olacağına ümid edirik".

DİGƏR XƏBƏRLƏR

Top