Mingəçevirdə soyqırımı qurbanları yad edildi

31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Mingəçevir Şəhər İcra Hakimiyyətinin YAP Mingəçevir şəhər təşkilatı ilə birgə tədbiri keçirilib. Şəhər rəhbərliyi, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri əvvəlcə soyqırımı qurbanlarının abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Mərkəzində düzənlənən tədbirdə İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, 31 mart bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən kədər və hüznlə soyqırımı qurbanlarının anım günü kimi qeyd edilir: "Xain və satqın ermənilər tarix boyu, zaman-zaman xalqımıza qarşı soyqırımı və deportasiya siyasəti yetirmiş, soydaşlarımızın mərdliyinə və mübarizliyinə baxmayaraq, bu mənfur siyasət nəticəsində Azərbaycan torpaqları hissə-hissə itirilmiş, yüz minlərlə soydaşımız qətlə yetirilmişdir".

Soyqırımı haqqında şəhər ictimaiyyət nümayəndələrinin də çıxışları dinlənilib.

17 saylı tam orta məktəbin tarix müəllimi Ceyhun Atayev "1918 -ci ilin mart qırğınları ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım cinayətlərinin tərkib hissəsidir", Mingəçevir Dövlət Universitetinin (MDU) xarici dillər kafedrasının müdiri Mayıl İsmayılov "1948-1953-cü illərdə Azərbaycanlıların tarixi torpaqlarımızdan deportasiyası erməni xislətinin növbəti mərhələsidir", MDU-nun tarix müəllimi Tahirə Quliyeva "Dağlıq Qarabağ hadisələri ermənilərin azərbaycanlılara qarşı tarixən yürütdüyü soyqırımı siyasətinin davamıdır" mövzularında geniş çıxışlar ediblər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top