"Bakıda təşkil olunacaq öpüş flaşmobu təxribatdır" - SƏRT AÇIQLAMA

Bakının mərkəzində "öpüş" flaşmobunun keçiriləcəyi ilə bağlı bəzi saytlarda xəbərlər yayılıb. Bildirilir ki, flaşmob aprelin 3-də, "Sahil" metrosunun qarşısında saat 13:00-dan 14:00-a kimi keçiriləcək. "Yeniavaz.com"un xəbərinə görə, hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenanat Üzeyir Cəfərov buna etiraz edib və təxribat adlandırıb.

"Əziz dostlar! Hörmətli həmkarlar! Bu ideyanı verən adam məncə, erməni mənşəli ola bilər. Çünki sən əgər 1 il bundan öncə Qarabağda olan qanlı-qadalı faciəni - çoxlu sayda igidlərimizin həlak olmasını unudursansa və Şəhidlərə diqqət ayırmaq əvəzinə, belə bir düşük və mənasız bir aksiya adında tragikomediyaya qatılırsansa, sənin Azərbaycan xalqına heç bir bağlılığın ola bilməz. 2016-ci ilin aprelin 1-dən 5-dək canını belə bəzi gələcəyi olmayan başıpozuq binəvalara görə qurban verən Şəhidlərin özlərinin və doğmalarının ahu-naləsi sizi tutacaq. Fürsətdən istifadə edib jurnalist dostlarıma və ictimai fəallara müraciət edirəm ki, o biabırçı tədbirə həmən gün qatılacaq şəxslərin şəkillərini, videogörüntülərini çəkib həm sosial mediada, həm də mətbuatda dərc etsinlər ki, qoy Azərbaycan xalqı "öz qəhrəmanları"nı tanısın. Yazıqlar olsun sizə. İnanıram ki, belə bir ağır gündə xalqın heysiyyatı ilə oynamaq istəyənlərə qarşı Bakı Şəhər İcra Hakimiyyəti və hüquq-mühafizə orqanları qanunun sərtliyi ilə davranacaqlar. Sizi bilmirəm, xəcalət çəkdim. Belə düşüncə ilə gənclərimiz hara gedir görəsən",-deyə Üzeyir Cəfərov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top