İran bilyard komandasına geyim cəzası

İran Bilyard Federasiyası Çində keçirilən sərbəst bilyard yarışlarına qatılan qadın idmançıları İslam geyim qaydalarına zidd geyindikləri üçün bir il müddət ərzində daxili və beynəlxalq yarışlarda iştirakdan məhrum edib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Federasiya cəza verdiyi idmançıların adlarını daha sonra açılayacağını bəyan edib. Ötən ay İran Şahmat Federasiyası bənzər səbəblə 18 yaşlı şahmatçı Dorsa Derehşaninini bütün yarışlarda iştirakdan uzaqlaşdıraraq milli komandadan ixrac etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top