Separatçıların Rusiya ordusuna daxil edilməsinə dair saziş imzalandı

Separatçı Cənubi Osetiya ordusunun ayrı-ayrı bölmələrinin Rusiya Silahlı Qüvvələrinin tərkibinə daxil edilməsi qaydaları haqqında saziş imzalanıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, sazişi Rusiyanın müdafiə naziri Sergey Şoyqu və qondarma respublikanın müdafiə naziri İbrahim Qasseyev imzalayıblar. İmzalanma mərasimində çıxış edən S. Şoyqu qeyd edib ki, Rusiya Cənubi Osetiyanı dəstəkləmək üçün hər cür səy göstərib və addım atıb, habelə respublikanın “müstəqilliyini” birinci olaraq tanıyıb: “Saziş regionun təhlükəsizliyinə zəmanət verən daha bir amil olacaq və heç kəsin hərbi əməliyyatları bərpa etməyi və ya 2008-ci ildə baş verənləri yenidən təkrarlamağı ağlına gətirməməsinə xidmət edəcək. Regionda 4-cü Rusiya hərbi bazası dislokasiya edilib. Bazanın kifayət qədər şəxsi heyəti, silahı və personalı var. Baza bizim cənub sərhədlərimizi və Cənubi Osetiyanın sərhədlərinin təhlükəsizliyini təmin edir”.

DİGƏR XƏBƏRLƏR

Top