Avstraliya Yaxın Şərq aviaşirkətlərinin sərnişinlərinin işini çətinləşdirəcək

Avstraliya hökuməti gələn həftədən Yaxın Şərq ölkələrindən Avstraliyaya hava yolu ilə istiqamət alan sərnişinlərin əlavə yoxlanılmasını tətbiq edəcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Avstraliyanın infrastruktur inkişafı və nəqliyyat naziri Darren Çester deyib. Onun sözlərinə görə, partlayıcı maddənin olub-olmaması ilə əlaqədar sərnişinlərin baqajları və əl yükləri eniş zonalarında yoxlanılacaq və seçim xarakteri daşıyacaq. Nazir qeyd edib ki, söhbət Doha (Qətər), Dubay və Əbu-Dabidən (BƏƏ) istiqamət almış birbaşa reyslərdən gedir: “Təhlükəsizlik prosedurlarımızın dəyişməsi bu yaxınlarda həyata keçirilmiş ingilis və Amerika tədbirlərinə müvafiqdir. Hazırda təyyarənin göyərtəsində elektron qurğuların daşınmasına heç bir qadağa qoymamışıq”. O əlavə edib ki, Yaxın Şərqin üç aeroportundan Avstraliyaya birbaşa reysləri “Qantas”, “Etihad”, “Emirates”, “Qatar Airways” aviaşirkətləri həyata keçirir.

DİGƏR XƏBƏRLƏR

Top