Kremlin Rusiya məktəblərində hicabın geyinilməsi məsələsi üzrə vahid mövqeyi yoxdur, bu məsələni federal səviyyədə həll etmək və ya bunu regionların öhdəsinə buraxmaq üzrə qərar vermək lazımdır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Rusiya çoxmillətli, çoxkonfessiyalı ölkədir: “Prezident dəfələrlə deyib ki, Rusiyanın gücü bizim çoxmillətli və çoxkonfessiyalı olmağımızdadır. Lakin bununla yanaşı, Rusiya dünyəvi dövlətdir, bu, Konstitusiyada təsbit edilib”.
Qeyd edək ki, daha əvvəl Çeçenistan parlamenti məktəblərdə hicabın geyinilməsini icazə verib. Rusiya təhsil naziri Olqa Vasilyeva isə məktəblərdə hicabın geyinilməsinə qarşıdır. Rusiya Ali Məhkəməsi məktəblərdə dini geyim və baş örtüklərinin, o cümlədən hicabların qadağan edilməsini qanuni heab etmişdi.