Bolqarıstanda rus-türk müharibələrinə görə qalmaqal yaranıb

Bolqarıstanın Velikotirnovsk bölgəsinin Sviştov şəhərində rus imperatoru II Aleksandrın abidənin qoyulmasının planlaşdırılması şəhərdə qalmaqala səbəb olub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Sviştov şəhər hakimiyyəti abidəni şəhərin rus-türk müharibəsi dövründə Osmanlı imperiyasından ayrılmasının 140-cı ildönümü münasibətilə qoymaq niyyətindədir. Abidə “Balkan inkişaf və bərpa mərkəzi” tərəfindən hədiyyə edilib, lakin onun müəllifi məlum deyil. Hündürlüyü 8,5 metr olan abidənin quraşdırılması barədə qərar Sviştov İcmalar Şurası tərəfindən fevralın 21-də qəbul edilib. Mübahisə rus-türk müharibələri dövründə Rusiyanın fəaliyyətini işğalçı kimi qəbul edənlərlə ölkənin Bolqarıstana azadlıq gətirdiyini düşünənlər arasında gedir. Şəhərin müəyyən qisim sakini hesab edir ki, imperator II Aleksandra abidənin qoyulması yaxşı ideya deyil, çünki bu, digər ölkənin rəmzidir.

DİGƏR XƏBƏRLƏR

Top