Kamran Əsədov: "Bir il ötməsinə baxmayaraq, hələ də dövlət qulluğuna qəbul imtahanları həyata keçirilməyib".
Dövlət qulluğuna müsabiqə və müsahibə yolu ilə qəbul imtahanın keçrilməsindən artıq az qala bir il ötür. Hər il (www.dqmk.gov.az/) saytında imtahanlar haqqında "Elanlar" bölməsində məlumatlar yerləşdirilirdi. Bu il isə nə Prezident yanında Dövlət Qulluğu Məsələlərinin (www.dqmk.gov.az) saytında, nə də Dövlət İmtahan Mərkəzinin (dim.gov.az) saytında məlumat yerləşdirilməyib. Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov "Yeniavaz.com" saytına açıqlamasında mövzuya belə münasibət bildirdi: "2008-ci ildən etibarən Azərbaycanda dövlət orqanlarının müəyyən olunmuş kateqoriyalar üzrə qəbulunu Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həyata keçirir. Bu komissiya qanunvericiliyin tələbidir. Belə ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edilməlidir. 2016-cı ilin aprel ayından isə bu funksiya yeni yaradılmış publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçrilməlidir. Lakin yeni yaradılmış qurum bir il ötməsinə baxmayaraq, hələ də dövlət qulluğuna qəbul imtahanlarını həyata keçirməyib. Lakin təəssüflər olsun ki, 2016-cı ildən artıq bu proses dayanıb. Yüzlərlə gənc ciddi şəkildə bu imtahanlara hazırlaşsa da imtahan verə bilməyiblər. Yəni qaydalarda dəyişiklik olunduğuna görə, heç bir yeni imtahan keçrilmir. Düşünürəm ki, iyun ayında artıq ilk imtahan keçrilə bilər. Çünki, yeni qaydalar atrıq təstiq olunub".
Dövlət İmtahan Mərkəzinin (DİM) əlaqə telefonu ilə əlaqə saxlaya bilmədiyimizdən, göstərilən [email protected] saytına elektron məktub ünvanladıq. Lakin məktubumuza cavab verilmədi.
Ruzbeh Məmməd