Marqvelaşvili: "Rusiyanın qondarma qurumlarla imzaladığı anlaşmalar maskaraddan başqa bir şey deyil"

Rusiyanın işğal etdiyi Cənubi Osetiya ilə imzaladığı son anlaşma Gürcüstan rəhbərliyi tərəfindən maskarad kimi dəyərləndirilib. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu anlaşmanın dünya tərəfindən tanınmadığını və onun boş kağız parçası olduğunu söyləyib: "Birmənalı şəkildə demək lazımdır ki, işğal altında olan Cənubi Osetiya və Abxaziyanın beynəlxalq aləm tərəfindən tanınmaması Gürcüstanın böyük uğurudur. Gürcüstan və onun beynəlxalq aləmdəki müttəfiqləri qondarma qurumların tanınmamasına nail olmaqla istədiklərini əldə ediblər. Buna cavab olaraq Rusiya tanınmamış, işğalı altında olan qondarma qurumlarla ərazilərimizin ilhaqına yönələn anlaşmalar imzalayır. Amma Rusiyanın qondarma qurumlarla imzaladığı anlaşmalar maskaraddan başqa bir şey deyil".

Gürcüstan prezidentinin sözlərinə görə, bundan sonra müttəfiq ölkələrlə anti anneksiya siyasəti planı hazırlanmalıdır: "Bu planın əsas tərkib hissəsi Gürcüstanın NATO-ya üzv olması olmalıdır".

DİGƏR XƏBƏRLƏR

Top