Şəmkirdə silahlı insident - 2 nəfər güllələndi-VİDEO

Şəmkirdə silahlı insident baş verib. Gənclərin mübahisəsi iki nəfərin odlu silahdan xəsarət alması ilə nəticələnib. Yaralılardan birinin vəziyyəti ağır, digərininki isə yüngül dəyərləndirilir. Hadisə rayonun Dəllər-Cəyir kəndində qeydə alınıb. Dəllər Daşbulaq kənd sakini 31 yaşlı Vahid Əsgərov Şəmkir sakini həmyaşıdı Cavid Şirinova odlu silahdan atəş açıb. Güllə yarası alan sonuncu ətrafdakıların köməkliyi ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra yaralı Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə aparılıb. Hadisə tərəflər arasındakı mübahisədən yaranıb. Əvvəlcə əlbəyaxa olan gənclərin hirsi bir qədər sakitləşsə də, sonradan mübahisə Vahid Əsgərova məxsus “Niva” markalı avtomobildə yenidən qızışıb. Bu zaman Vahid avtomobilində saxladığı odlu silahla Cavidi yaralayıb. Hadisə zamanı yaxınlıqdakı 33 yaşlı Zirəddin Qarayev də xəsarət alıb. Həmin şəxs də yaxınları tərəfindən Gəncədəki özəl klinikalardan birinə yerləşdirilib. Hələlik odlu silahdan istifadə edən Vahid Əsgərov saxlanılmayıb. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat- axtarış tədbirlərini davam etdirir.

Vüqar Nəbiyev

Şəmkir silahlı insident

DİGƏR XƏBƏRLƏR

Top