7 ay davam edən “Fərat qalxanı” əməliyyatının nəticələri

Türkiyə Silahlı Qüvvələrinin Suriyada İŞİD terror təşkilatına qarşı Azad Suriya Ordusu ilə birlikdə 24 avqust 2016-cı il tarixində başladığı “Fərat qalxanı” əməliyyatı 7 ay davam edib. “Yeniavaz.com”un “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 3 500 terrorçu məhv edilib, 71 hərbçi şəhid olub. 198 gün əvvəl başlayan əməliyyatda Türkiyə sərhədindən 30 kilometr aralıda yerləşən Əl-Bab fevralın 23-də İŞİD-dən azad edilib. Bununla da 243 yaşayış məntəqəsi, ümumilikdə 2 015 kvadratkilometr ərazi terrorçulardan təmizlənib. PYD-li terrorçular da bölgədən təmizlənib. PYD-nin kantonları birləşdirmə ehtimalı aradan qaldırılıb. Qeyd edək ki, martın 29-da Türkiyədə Milli Təhlükəsizlik Şurasının iclasında “Fərat qalxanı” əməliyyatının başa çatdığı bəyan edilib.

DİGƏR XƏBƏRLƏR

Top