Ronaldinyo müğənniliyə başladı

Braziliyanın məşhur futbolçusu Ronaldinyo ilk solo mahnısını yazdırıb. “Yeniavaz.com”un “R-Sport” saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı futbolçu daha əvvəl digər musiqiçilərin mahnı yazdırmalarına bir neçə dəfə iştirak edib. Onun ilk mahnısı “Sozinho” (“Tənhalıq”) adlanır.

Qeyd edək ki, FIFA-nın versiyasına əsasən, Ronaldinyo 2004 və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilib. Onun oynadığı sonuncu klub Braziliyanın “Fluminense” komandası olub. Bununla belə, Ronaldinyo idman karyerasını başa çatdırmasını rəsmən açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top