“Qəbələ” Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyununda “İnter”i məğlub edib

Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bir matç baş tutub. “İnter” paytaxtda “Qəbələ”ni qəbul edib. Görüşdə hesabı 15-ci dəqiqədə qonaqlar açıblar. Xorvatiyalı Daniel Subotiç penaltini qola çevirib. Lakin meydan sahibləri 3 dəqiqə sonra Adrian Skarlatakenin zərbəsi ilə matçda tarazılıq yaradıb. Buna rəğmən, Qəbələ təmsilçisi 48-ci dəqiqədə yenidən önə keçib. Yenə Subotiç adını tabloya yazdırıb. Görüşdə son nöqtəni Filip Ozobiç qoyub. Qonaqların digər xorvatiyalı futbolçusu Filip Ozobiç penaltidən fərqlənib. Qeyd edək ki, bu komandalar arasında cavab oyunu bu il aprelin 5-də Qəbələdə keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinal, ilk oyun
30 mart (cümə axşamı)
"İnter” – "Qəbələ” 1:3
Qollar: Adrian Skarlatake, 18 – Daniel Subotiç, 15-p.; 48. Filip Ozobiç, 88
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
"İnter Arena”

DİGƏR XƏBƏRLƏR

Top