Azərbaycanda pensiya alan qadınlar çoxdur, yoxsa kişilər? - Statistika

Azərbaycanda 1 milyon 299 min 946 min nəfər pensiya alır. "Yeniavaz.com" saytı bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb. Ötən ilin sonuna olan rəsmi statistikaya görə, pensiya alanların 533 min 655 nəfəri kişilər, 766 min 291 nəfəri qadınlardır.

Onu da bildirək ki, həmin pensiyaçıların 781 min 238 nəfər yaşa görə pensiya alır. Əlilliyə görə pensiya alanların sayı isə 374 min 466 nəfərdir.

Azərbaycanda ailə başçısını itirməyə görə pensiya alanların sayı isə 144 min 242 nəfərdir.

Yaşa görə pensiya alanların 269 min 984 nəfəri kişilər, 511 min 254 nəfəri qadınlardır.

Əlilliyə görə pensiya alanların 214 min 658 nəfərini kişilər, 159 min 808 nəfərini isə qadınlar təşkil edir.

Ailə başçısını itirməyə görə pensiya alanların cins tərkibi isə belədir: 49 min 13 nəfər (oğlanlar), 95 min 229 nəfər isə qadınlar.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top