Tanınmış aktyor həbs edilib

Türkiyənin tanınmış aktyoru Yurdaer Okur Şimali Kipr Türk Cümhuriyyətində Ercan hava limanında üzərində bir qram ağırlığında narkotik maddə olmaqda şübhəli bilinərək həbs edilib.

Martın 31-də onun məhkəməsinin olacağı gözlənilir.
43 yaşlı aktyor Okur narkotik maddə daşımaq və idxal etməkdə ittiham edilir.

Miqdarından asılı olmayaraq, Şimali Kiprdə üzərində narkotik maddə gəzdirmək ağır cinayətlərdən sayılır.

Yurdaer Okur 1974-cü il oktyabrın 29-da anadan olub. 1994-cü ildə Hacettepe Universiteti Dövlət Konservatoriyasının Teatr bölümünə qəbul olub və oranı bitirib.

O, “Karadayı” serialında prokuror Turqut Akın rolu ilə də yaddaşlarda qalıb.

DİGƏR XƏBƏRLƏR

Top