Bakıda saxta avro satan xarici ölkə vətəndaşları saxlanılıb

Bakıda saxta əskinaz satan şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Belə kİ, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Taleh Naibov və Ukrayna vətəndaşı Valentina Bilık 19 ədəd 500 avroluq saxta əskinası satarkən saxlanılıblar. Faktla əlaqədar cinayət işi başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top