Putin orduya niyə daha az vətəndaşı çağırıb?

Rusiyada 2017-ci ildə hərbi xidmətə yaz-yay çağırışı üzrə vətəndaşların sayının müəyyən qədər azalması müqavilə əsasında hərbi xidmət keçənlərin sayının artması ilə əlaqədardır. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədri, general-polkovnik Vladimir Şamanov prezident Vladimir Putinin bu ilin yazında 142 min vətəndaşın hərbi xidmətə çağırılması haqqında fərmanını şərh edərkən deyib. O bildirib: “Silahlı Qüvvələrimizdə ilk dəfə olaraq ötən ilin sonuna olan vəziyyətə görə, müqavilə əsasında xidmət edən hərbçilərin sayı çağırış üzrə xidmət keçən hərbçilərin sayını ötüb. Bu barədə müdafiə naziri ali baş komandana məruzə edib. İkincisi, silahlı qüvvələr və milli qvardiya yalnız müqaviləsi olanlar vasitəsilə serjant (çavuş) korpusunu tam komplektləşdiriblər. Bunların hamısı nəticədə cari il yaz-yay hərbi xidmətinə çağırılan vətəndaşların sayının təqribən 10 min azalmasına gətirib çıxarıb. Fərmanda qeyd edilən 142 min rəqəmi silahlı qüvvələrdə müvafiq vəzifələrin çağırışçılar tərəfindən turtulması üçün tam kifayət edir”.

DİGƏR XƏBƏRLƏR

Top