2 saat davam edən Ərdoğan-Tilleron görüşünün təfərrüatları

Ankaraya səfərə gələn ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, tərəflər arasında mətbuata bağlı şəraitdə keçirilən görüş 2 saat 10 dəqiqə davam edib. Türkiyə prezident administrasiyasından əldə edilən məlumata görə, tərəflər Suriya və İraqda İŞİD terror qruplaşması başda olmaqla terror təşkilatları ilə mübarizənin aparılmasında qətiyyətli olduqlarını vurğulayıblar və bu çərçivədə hansı müştərək addımların atıla biləcəyinə dair fikir mübadiləsi aparıblar. R. T. Ərdoğan terrorçuluqla mübarizədə düzgün və qanuni aktyorlarla əməkdaşlıq edilməsinin vacibliyini qeyd edib. Görüşdə ikitərəfli əlaqələrdə, regional məsələlərdə iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üzərində dayanılıb.

DİGƏR XƏBƏRLƏR

Top