Səlahəddin Dəmirtaş aclıq aksiyasına başlayır

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş və HDP-nin Hakkari millət vəkili Abdullah Zeydan sabahdan aclıq aksiyasına başlayacaqlar. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hər iki HDP-li Ədirnə həbsxanasında tutulur. HDP-nin aclıq aksiyasının başlanılma səbəbi ilə bağlı yaydığı açıqlamada deyilir: “Ədirnə həbsxanasının müdirinin dialoqa qapalı mövqeyi, hüquqdankənar tətbiqləri, digər məhkumlara qarşı qeyri-insani addımları, günlərdir davam edən aclıq aksiyalarının başa çatdırılması ilə bağlı heç bir xoş niyyət addımı atmamasına görə biz də cümə günündən etibarən aclıq aksiyasına başlayırıq”.

Qeyd edək ki, S. Dəmirtaş və A. Zeydan barəsində terrorçuluq işi üzrə təhqiqat aparılır. Hər iki HDP-li 4 noyabr 2016-cı il tarixində tutularaq Ədirnə həbsxanasına yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top