Medvedev iclasa gecikən nazirə irad tutdu: zəngli saat qurun

Rusiyanın baş naziri Dmitri Medvedev hökumətin iclasına gecikdiyinə görə kənd təsərrüfatı naziri Aleksandr Tkaçyova irad tutub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin D. Medvedevlə birlikdə təyyarə ilə Frans-İosif Torpağı arxipelaqına gəliblər. Onlar Arktikanın təmizlənməsi üzrə nəticələri qiymətləndiriblər və “Rus Arktikası” parkının ekspozisiyasına tamaşa ediblər. Baş nazir xatırladıb ki, Arxangelskdə A. Tkaçyovun da iştirak etdiyi Arktika forumu işinə başlayıb: “Bu o demək deyil ki, hökumətin iclasına gecikmək lazımdır. Aleksandr Nikolayeviç biz sizi gözləyirdik. Mən ötən gün çox gec qayıtdım, mən indi yerimdəyəm, sizi isə gözlədik. Yaxşı deyil. Müxtəlif yerə özünüzə zəngli saat qoyun”. Qeyd edək ki, A. Tkaçyov iclasa 13 dəqiqə gecikib.

DİGƏR XƏBƏRLƏR

Top