Türkiyədə toqquşma-Təbələlər saxlanıldı

Türkiyənin İstanbul Universitetində tələbələrlə polis arasında qarşıdurma olub. Türkiyə KİV-i xəbər verir ki, tələbələr 42 il əvvəl “Qızıldərə” hadisələrindəki atışmalarda ölən Mahir Çayan və onun dostlarını yad etmək istəyiblər. Lakin bunun üçün tələbələrə icazə verilməyib. Bu zaman universitetin mühafizəçiləri ilə tələbələr arasında münaqişə yaşanıb və olaylara polislər müdaxilə edib. Məlumata görə, xeyli sayda tələbə nəzarətə götürülüb.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top