Suriyada münaqişənin başlamasından bəri mühacirlərin sayı 5 milyon nəfəri ötüb

Suriyada münaqişənin başlamasından ötdüyü 6 il ərzində ilk dəfə olaraq mühacirlərin və qaçqınların sayı 5 milyon nəfəri ötüb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından deyiblər. Komissarlıqdan qeyd ediblər ki, ölkələrin 2018-ci ilədək bütün gələn qaçqınların 10 faizinin yerləşdirilməsi haqqında qərar qəbul etdiyi konfransdan bir il sonra 500 min nəfərdən yalnız 250 min nəfəri yeni yaşayış yeri alıb. Komissarlıqdan bildiriblər ki, təqribən 1,2 milyon qaçqın cari il məskunlaşmağa ehtiyac duyacaq. Onlardan 40 faizi suriyalıdır.

Xatırladaq ki, Suriyada silahlı qarşıdurma 2011-ci ilin martından etibarən davam edir. BMT-nin hesablamalarına görə, silahlı münaqişə nəticəsində 220 min nəfərdən çox insan həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top