Əli Koç bank rəhbəri oldu

Türkiyəli iş adamı, “Koç Holding”in İdarə heyətinin sədr müavini Əli Koç bank rəhbəri seçilib. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ə. Koç “Yapı Kredi Bankası”nın İdarə heyətinin sədri seçilib. Belə ki, martın 28-də bankın ümumi yığıncağı keçirilərək yeni İdarə heyəti formalaşdırılıb. Martın 29-da isə İdarə heyətinin qərarı ilə Əli Koç bank rəhbəri seçilib. Digər qərarla Karlo Vivaldi İdarə heyətinin sədr müavini seçilib.

DİGƏR XƏBƏRLƏR

Top