Messi hakimlərə qarşı iradına görə üzr istəyib

Argentina milli komandasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi üzr istəyib. "Mundo Deportivo"nun məlumatına görə, 30 yaşlı hücumçu FİFA-ya məktubla müraciət edərək, Argentina millisinin Çilini 1:0 hesabı ilə məğlub etdiyi 2018-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə matçında köməkçi hakimə qarşı davranışına aydınlıq gətirib. Hakimə qarşı nalayiq söz işlətmədiyini qeyd edən Messi ədalət təmsilçisi ilə dostcasına söhbət etdiyini vurğulayıb. O, öz-özünə danışdığını, yanlış anlaşılmaya görə üzr istədiyini bildirib: "Köməkçi-hakimi təhqir etməklə bağlı ittihamı tamamilə inkar edirəm. O, braziliyalıdır və nə dediyimi əla başa düşürdü. Hətta aramızda dostcasına söhbət oldu. Dediyim sözlər onun ünvanına olmayıb. Bu sözlər havaya, öz-özümə deyirdim. Şübhəsiz, dediklərimə görə üzr istəyirəm".

Qeyd edək ki, Lionel Messi Çili ilə matçının 16-cı dəqiqəsində şübhəli penaltini qola çevirib. Oyundan sonra isə o, braziliyalı hakim Sandro Rikkiyə yüksək tonda iradlarını bildirib. Bu epizod görüşün yayımı zamanı da öz əksini tapıb. FİFA hakimlər briqadasına sorğu göndərsə də, ədalət təmsilçilərinin hamısı onlara qarşı təhqirin olmadığını iddia ediblər. Bununla belə, ali futbol qurumu 30 yaşlı hücumçunu 4 oyunluq cəzaya, 10 min İsveçrə frankı məbləğində cəriməyə məruz qoyub. Cəza yalnız Argentina yığmasının rəsmi oyunlarına şamil olunur.Report

DİGƏR XƏBƏRLƏR

Top