Dolların qiyməti “qara bazar”da da qalxdı

Ötən gün rəsmi məzənnəsinin artmasından sonra bu gün dollar “qara bazar”da da bahalaşıb. Bu haqda məlumatı fins.az yayıb. Saytın əldə etdiyi xəbərə görə, səhər saatlarında dolların alışı 1.7200-1.7250 manata, satışı isə 1.7400 manata kimi yüksəlib. Xatırladaq ki, ötən gün “qara bazar”da dolların alışı 1.7100 manat, satışı isə 1.7250-1.7300 manat olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top