İraq ordusunun Mosulda canlı itkiləri açıqlandı

İraq qüvvələri Mosulun qərbində İŞİD terror qruplaşmasının silahlılarına qarşı aparılan 5 həftə ərzində döyüşlərdə təqribən 300 nəfər itirib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının rəhbəri general Cozef Votel Konqresdə dinləmələrdə deyib. Onun sözlərinə görə, İraq qüvvələrinin Mosulun qərbində 37 gün ərzində itkiləri 284 nəfər ölü və təqribən 1600 yaralı olub. General qeyd edib ki, daha əvvək Mosulun şərq hissəsinin azad edilməsində isə itkilər 490 ölü və 3 mindən çox yaralı təşkil edib.

Xatırladaq ki, İraq ordusunun hesablamalarına görə, Mosulun qərb ərazisinin 60 faizindən çoxu İŞİD-dən azad edilib. Şəhərin şərq hissəsi isə 2016-cı ilin oktyabrında başlamış əməliyyat zamanı tam azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top