Mətin Özər Folklor İnstitutunun qonağı olub

Türkiyə Cumhuriyyəti Təhsil Nazirliyinin keçmiş Milli Təhsil müdiri, şair Mətin Özər və Güney Qafqaz Media və Söz Azadlığı İctimai Birliyinin icraçı direktoru, yazar Ülkər Piriyeva Folklor İnstitutunun qonağı olublar. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Muxtar Kazımoğlu qonaqlara institutun fəaliyyəti, kadr potensialı, inkişaf perspektivləri və s. haqqında məlumat verib. Görüşdə İnstitutun "Müasir folklor" şöbəsinin müdiri, prof. Füzuli Bayat, "Xarici əlaqələr" bölməsinin müdiri Əli Şamil, Təhsil şöbəsinin müdiri, dosent Afaq Ramazanova, dosent Sönməz Abbaslı və başqaları da iştirak ediblər. Ürəyi hər zaman Azərbaycanla döyünən, Qarabağ savaşı ilə bağlı böyük fədakarlıq göstərən, özünün dediyi kimi bir Qarabağ aktivisti olan Mətin Özərin gözəl şeirləri və şirin söhbəti görüşdə maraqlı ab-hava yaradıb. Sonda qonaqlara kitablar hədiyyə olunub.

DİGƏR XƏBƏRLƏR

Top